"Samsung"un ağıllı üzüyünün  qiyməti məlum oldu
07 iyul 2024 20:48 (UTC +04:00)

"Samsung"un ağıllı üzüyünün qiyməti məlum oldu

"Samsung" şirkətinin çox gözlənilən ağıllı üzü Galaxy Ring haqqında yeni məlumatlar gəlməyə davam edir.

Lent.az xəbər verir ki, son olaraq ağıllı üzüyün də qiyməti mətbuata sızdırılıb.

Ötən ilin iyul ayında Galaxy Z Fold 5 modelini təqdim edən Cənubi Koreyalı smartfon istehsalçısı Samsung indi Galaxy Z Fold 6 və Z Flip 6 modelləri üçün günləri sayır.

Bundan əlavə şirkət qatlanan telefonları ilə birlikdə “Galaxy Ring” adlı ağıllı üzük də təqdim edəcək.

Rəsmi açıqlamaya görə, Samsungun yeni təqdimatı iyulun 10-da baş tutacaq.

Sızdırılan mənbələrə görə, eynilə ağıllı saat kimi işləyəcək Galaxy Ringin qiyməti 300-380 dollar arasında olacaq.

Bu o deməkdir ki, üzük az qala smartfon qiymətinə satılacaq.

Bəs bu üzüyün xüsusiyyətləri nələrdir?

Üzük ürək döyüntüsü və stressi izləməklə yanaşı, dərinin temperaturunu ölçə və aylıq menstrual siklləri izləyə biləcək.

Üzüyün yuxu zamanı xoruldamanı aşkarlama xidməti təklif edəcəyi də bildirilir. Bir sözlə, deyə bilərik ki, üzük eynilə ağıllı saat kimi işləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5283
avatar

Oxşar yazılar