Qeyri-adi dizaynda qatlana bilən smartfondan YENİ XƏBƏR
14 avqust 2025 13:59 (UTC +04:00)

Qeyri-adi dizaynda qatlana bilən smartfondan YENİ XƏBƏR

"Samsung"un böyük patent portfoliosuna yeni bir əlavə edilib. Şirkət Samsung Galaxy Flip Retro adlı qatlana bilən smartfon dizaynı üçün patenti qeydiyyatdan keçirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, smartfon açıq vəziyyətdə oval formaya yaxınlaşan, nəzərəçarpacaq dərəcədə yumşaq və dairəvi xətlərə malikdir. Smartfon kənar hissəsi də diqqətçəkən dərəcədə yuvarlaq formadadır. Bu patent rəsmləri əsasında smartfonun necə görünə biləcəyini qiymətləndirmək üçün render hazırlanıb.

Dizayn qeyri-adi və mütləq diqqət çəkəcək xüsusiyyətlərə malikdir. Patentə sahib olmaq hələ Samsung-un kommersiya modelini buraxacağı mənasına gəlmir. Bu, sadəcə olaraq Samsung-un öz ideyasını qorumaq istədiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar