Niyə smartfonu 80 faizdən çox  şarj etmək olmaz?
13 mart 2024 11:46 (UTC +04:00)

Niyə smartfonu 80 faizdən çox şarj etmək olmaz?

Bir çox istifadəçi həmişə smartfonunu batareyanın şarj səviyyəsi 100 faizə çatana qədər doldurur. Hətta bəzi insanlarda belə bir vərdiş var: axşamlar mobil telefonunu enerjiyə qoyub bütün gecəni belə qoyurlar.

Lent.az xarici mətbuta istinadən xəbər verir ki, bu batareyanın vəziyyətini pisləşdirir.

Bəs, smartfonu necə düzgün doldurmaq olar?

Batareyanın doldurulma səviyyəsi təxminən 80 faiz olduğu anda şarj cihazını ayırmaq məsləhətdir. Başqa sözlə, batareyanı tam doldurmaqdan çəkinməlisiniz.

Və əgər istifadəçi də mobil telefonunu vaxtında doldurursa (20 faiz və ya daha çox), onda batareya uzun müddət nasazlıqdan qorunacaq.

# 3153
avatar

Arzu Qurbanlı

Oxşar yazılar