“Mitsubishi” beş ildə  16 yeni model   təqdim edəcək
12 mart 2023 15:56 (UTC +04:00)

“Mitsubishi” beş ildə 16 yeni model təqdim edəcək


 “Mitsubishi Motors” 2030-cu ilə qədər inkişaf planını açıqlayıb. Xüsusilə, şirkətin strategiyası yaxın beş ildə 16 yeni modelin buraxılmasını nəzərdə tutur ki, onlardan doqquzu elektrik avtomobili (hibridlər və ya elektromobillər) olacaq.

Lent.az xarici mediaya istinadən bildirir ki, plana daxil olan modellərdən ikisi artıq buraxılıb. Bunlar “Renault Captur”un uyğunlaşdırılmış versiyası olan Avropa bazarı üçün “Mitsubishi ASX”, həmçinin “Mitsubishi Delica Mini” kompakt furqonudur. 

Yaponiya şirkəti həmçinin “Mitsubishi XFC” konsept avtomobilini kütləvi istehsala gətirməyi, yeni pikap, iki sıra oturacaqlı avtomobili (hibrid və elektrik) buraxmağı planlaşdırır. “Xpander” modelinin hibrid versiyası da olacaq.

# 3126
avatar

Oxşar yazılar