Marsa göndərilən “Perseverance” kosmik aparatı
18 fevral 2021 23:12 (UTC +04:00)

Marsa göndərilən “Perseverance” kosmik aparatı

Marsa eniş: NASA-nın “Perseverance” kosmik gəmisi bu gün Qırmızı Planetə çatır

Bu gün, tarixi hadisəni, “Perseverance” planetlərarası kosmik gəminin enməyini necə müşahidə edə biləcəyik?

“Perseverance” Marsa səyahətinin ən vacib son 7 saatına daxil olub, bu 7 saatın sonu gəmi mars səthinə enişə cəhdi edəcək. Bununla da gəmi yeddi aylıq uçuşu bitirib öz missiyasının ən gərgin mərhələsinə- enişə daxil olacaq.

Bu gün, 18 Fevral Sky Newsun canlı efirində Britaniya vaxtı 20:45-də ( Bakı vaxtilə 00:45-də) kosmik gəmi Marsa yaxınlaşıb yeddi dəqiqə ərzində planetin atmosferinə daxil olaraq səthə enəcək.”Perseverance” 20 000 km/saat sürətindən (misal üçün, bu surətlə Londondan Nyu-Yorka 15 dəqiqəyə çatmaq olar) yavaşıyaraq planetin səthinə daxil olmalıdır.

Kosmik gəmi indiyədək olan bütün gəmilərdən daha çox kamera ilə təchiz olunub və elə səthə enmə prosesini 19 kamera ilə qeydə alaraq, Yerə Marsın təkrarsız peysajlarını göndərəcək.

Daha 4 kamera isə kosmik gəminin eniş hissəsində quraşdırılıb, bu mühəndislərə imkan verəcək ki, enmə prosesini yüksək həll keyfiyyətində qeydə alsın və eyni zamanda insanlar öz evlərindən bunu canlı olaraq izləyə bilsin.

Nəzərə alsaq ki, Marsdan gələn siqnallar Yerə 10 dəqiqəyə çatır, biz “Perseverance”ın atmosferə girişindən sonra ya onun enişini görəcəyik, ya da artıq məhvini.

Gəminin çəkisi 1050 kq-dır, bu cəki ilə gəmi Mars səthində krater yarada bilər. NASA ümid edir ki, paraşütlərlə təmin edilmiş yeni texnologiyalar sayəsində gəmiyə zərər gəlməz.

NASA-nın Marsda eniş etmiş son kosmik cihazı 2018-ci il 26 noyabr tarixində robotlaşdırılmış "InSight" olub, o vaxt real zaman rejimində zondu izləmək imkanı olmayıb.

İdiyədək Marsa edilən səyahətlərin yarısı uğursuzluqla nəticələnib və ən çətin mərhələ də məhz eniş olub.

Sovet İttifaqı kosmik cihazı 1971-ci il 27 Noyabr ilk dəfə Marsa enməyə cəhd etsə də, gəmi dağılıb, elə o ildə də göndərilən başqa gəmi atmosferə daxil olub və cəmi iki dəqiqə Marsda qala bilib.

Ən uğurlu missiyalardan biri NASA-nın 2012-ci il 6 avqust tarixində eniş edən "Curiosity" gəmisidir, iki illik fəaliyyəti nəzərdə tutulsa da, gəmi hələ də işçi vəziyyətdədir və "Perseverance"ın dizaynı onun əsasında edilib.

"Perseverance", həmçinin "Ingenuity" adlı miniatür (1.8 kq) helikopterlə də təmin olunub. NASA da zarafat edirlər ki, fizika qanunlarına uyğun olaraq Mars atmosferində onun uça bilməyi imkansızdır.

Avtonom kiçik cihaz Günəş enerjisi ilə işləyəcək və kiçik kamerası olacaq. NASA-nın bu cihazı buraxmaqda məqsədi kosmik dron prototipini işləmək və gələcəkdə onda elmi cihazların yerləşdirilməsinin mümkünklüyünü yoxlamaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3936
avatar

Oxşar yazılar