Marketin qarşısında bıçaqlanan kişi xəstəxanada öldü
18 fevral 2021 15:59 (UTC +04:00)

Marketin qarşısında bıçaqlanan kişi xəstəxanada öldü

Fevralın 18-də saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin Göyçay rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 32 yaşlı Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib. Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub. 

Hazırda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457

Oxşar yazılar

2025-ci ildə  ən populyar olan   avtomobillər - SİYAHI

2025-ci ildə ən populyar olan avtomobillər - SİYAHI

3 aprel 2025 , 20:15
"Tesla"nın elektromobil tədarükü çökdü

"Tesla"nın elektromobil tədarükü çökdü

3 aprel 2025 , 14:43
Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

Tezliklə "süni Günəş" işə salınacaq – Çinin yeni HOQQASI

3 aprel 2025 , 13:25
Yeni  “Toyota Corolla”:   İlk  FOTOLAR

Yeni “Toyota Corolla”: İlk FOTOLAR

2 aprel 2025 , 18:14
Ən balaca  uçan robot hazırlandı

Ən balaca uçan robot hazırlandı

2 aprel 2025 , 15:57
 Süni intellektin  çətinlik çəkdiyi əsas insani bacarıqlar

Süni intellektin çətinlik çəkdiyi əsas insani bacarıqlar

2 aprel 2025 , 09:47
Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

Rekord nazik Samsung smartfonunun qiymətləri və rəngləri

1 aprel 2025 , 18:11
Yeni ekzoplanet kəşf edildi - Suyu da var

Yeni ekzoplanet kəşf edildi - Suyu da var

1 aprel 2025 , 17:43