“iPhone 13 Pro”ya sahib olmaq istəyənlər neçə gün çalışmalıdır -  SİYAHI
16 sentyabr 2021 11:51 (UTC +04:00)

“iPhone 13 Pro”ya sahib olmaq istəyənlər neçə gün çalışmalıdır - SİYAHI

Bir çox ölkələr yeni “iPhone 13” modelini əldə etmək istəyən vətəndaşlarının neçə gün çalışmalı olduğunu açıqlayıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, araşdırma “Picodi” şirkəti tərəfindən həyata keçirilib. 

Türkiyədə 15.999 TL (3.2238 AZN) dəyərində olan “iPhone 13 Pro” 128 GB modelinə sahib olmaq istəyənlər 92,5 gün çalışmalıdırlar.

Bundan başqa, “iPhone 13” modelini əldə etmək istəyən Hindistan sakinləri 75,7, Rusiya 42,1, Yunanıstan 25,1, ABŞ vətəndaşları isə 5,9 gün işləməlidirlər. 

“iPhone 13 Pro”nu ən asan əldə edə biləcək ölkələrin də adı açıqlanıb. Siyahıda ilk yerdə İsveç sakinləri yer alıb ki, onlar 4,4 günə, sonuncu yerdə qərarlaşan Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları isə 8 gün ərzində yeni modelə sahib ola biləcəklər.  

Qeyd edək ki, ilkin hesablamalara görə yeni model “iPhone 13 Pro” Azərbaycana gələcəyi təqdirdə satış qiyməti təxminən 3000 AZN-dən baha olacaq. Ölkədə orta aylıq əməkhaqqı alan şəxs “iPhone 13 Pro” 128 GB sahib olmaq istəyərsə, təxminən 4 ay çalışmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4806
avatar

Nigar Adil

Oxşar yazılar