“Instagram” sosial platformasının interfeysi dəyişilib.
Lent.az xəbər verir ki, yeni dizaynda bölmələrin yerində mühüm dəyişikliklər nəzərə çarpır.
Yeni versiyada “Kəşf et” və “Bəyən” adlı bölmələr ana səhifənin yuxarı hissəsinə çıxarılıb. Həmin bölmələrin əvvəlki yerinə isə “Reels” və “Instagram shop” bölmələri əlavə olunub.
Qeyd edək ki, bu dəyişikliklər hələ ki platformanın Android Beta versiyasında görmək mümkündür.