"Instagram"da  YENİLİK
01 aprel 2022 18:54 (UTC +04:00)

"Instagram"da YENİLİK

"Instagram"a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib.

Lent.az-ınxəbərinə görə, bir müddət öncə "Instagram"ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservisin tərtibatçıları bu il əsas diqqətlərini "Instagram" daxilindəki mesajlara ayıracaqlar və bu məsələ ilə bağlı yeni funksiyalar istifadəyə veriləcək.

Bu funksiyalar artıq istifadəyə verilib. Beləliklə, yeni funksiyalar arasında "Instagram"a daxil olan mesajlara birbaşa ana səhifədən cavab vermək imkanı var. Bundan sonra istifadəçi bu və ya digər kontenti izləməyi dayandırmadan və mesaj bölməsinə keçid etmədən daxil olmuş mesaja birbaşa ana səhifədən cavab verə biləcək.

Bundan əlavə, istifadəçilər bu və ya digər musiqilərin 30 saniyəlik fraqmentlərini də mesaj vasitəsilə göndərə biləcəklər. Bu funkskiya "Apple" və "Amazon" şirkətlərinin streaming servislərinin dəstəkləri vasitəsilə inteqrasiya edilib və yaxın zamanda "Spotify" musiqi servisinin dəstəyi də əlavə ediləcək. Həmçinin Share düyməsini klikləyib bir neçə saniyə ərzində saxlamaqla istifadəçiyə yeni menyu təqdim olunacaq və həmin menyu bəyənilən kontenti 4 dosta göndərmək imkanını verəcək. Mesaj bölməsinin yuxarı hissəsində isə real zaman ərzində online olan abunəçilərin siyahısı qeyd ediləcək. Bu yeni funksiyalar tədricən hamı üçün aktivləşdiriləcək.

# 2556
avatar

Fidan İlqar

Oxşar yazılar