İnsanların texnologiyalara inamı çox aşağıdır – TƏDQİQAT
02 aprel 2021 19:40 (UTC +04:00)

İnsanların texnologiyalara inamı çox aşağıdır – TƏDQİQAT

Edelman adlı konsaltinq agentliyi (Edelman Trust Barometer) tərəfindən 27 ölkəsi üzrə aparılan tədqiqatlar nəticəsində məlum olub ki, istifadəçilər texnologiyalara daha az etimad göstərir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə olaraq 17 ölkə vətəndaşlarının texnologiyaya etimad səviyyəsi rekord həddə aşağı olub.

ABŞ vətəndaşları dəb, əyləncə və pərakəndə satış sahəsində texnoloji yeniliklərə üstünlük vermədiklərini bildirib. 

Qeyd edək ki, 2016-cı ilin statistikasına görə, 22 ölkədən 20-də texnologiyalara yüksək etimad göstərilirdisə, məlum olub ki, hazırda yalnız bir neçə ölkə (İtaliya, Argentina, Braziliya, Cənubi Koreya, İndoneziya, Hindistan və s.) robot əməyinə üstünlük verir. 

Analitiklərin fikirlərinə əsasən, pandemiya zamanı texnologiyalar insanlar arasında ünsiyyətin qorunub saxlanmasında vacib rol oynasalar da, onlar virus və vaksinasiya ilə bağlı irimiqyaslı dezinformasiyanın mənbəyi kimi də çıxış ediblər. 

Bu səbəbdən də insanlar texnologiyalara daha az inanmağa başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Oxşar yazılar