Android 15 ilə çalışan “HyperOS 2.0” yeniləməsini alacaq smartfonlar bəlli olub.
Lent.az xəbər veir ki, ötən il oktyabrın sonunda “Xiaomi” şirkəti MIUI interfeysini əvəz etmək üçün hazırlanmış “HyperOS” proqramını təqdim edib.
Xiaomi indi öz smartfonlarında “HyperOS”-dan istifadə edəcək. Lakin şirkətin fikrincə, bu, sadəcə interfeys olmayacaq.
Şirkət bildirir ki, yeni əməliyyat sistemi insanlar, avtomobillər və ağıllı evlər üçün vahid ağıllı ekosistem kimi hazırlanıb. Çinli istifadəçilərə təklif olunan HyperOS yeniləməsi Android 15 ilə istifadəçilərə təqdim ediləcək.
“Google” Android 15-in stabil versiyası üçün işlərini tamamlamaq üzrədir. Hazırda beta işləri davam etsə də, yeniləmənin ilk olaraq “Pixel” cihazlarında əlçatan olacağı gözlənilir.
Nəhayət, “Xiaomi HyperOS 2.0” yeniləməsi ondan çox Xiaomi və Redmi smartfonları üçün buraxılacaq.
Hazırda rəsmi təqdimat tarixi olmasa da, yeni əməliyyat sisteminin oktyabrda təqdim ediləcəyi bildirilir.
Müvafiq olaraq, Android 15 əsaslı “HyperOS 2.0” yeniləməsini alan ilk cihazlar Xiaomi 15, Xiaomi 14, Xiaomi 13, Xiaomi Civi 2, Xiaomi Pad 6S Pro, Xiaomi Mix Flip və Xiaomi Mix Fold 4 olacaq.
Redmi tərəfində isə yeniləmənin ilk olaraq Redmi K70, K60, Redmi Note 13 seriyalarına çatacağı bildirilir.
Ən son məlumata görə, “HyperOS 2.0”-ın həm Android 14, həm də Android 15 əsasında buraxılacağı və bir çox Xiaomi, Redmi və POCO cihazlarına çatacağı gözlənilir.