Hesablar ləğv ediləcək - “WhatsApp”dan XƏBƏRDARLIQ!
23 fevral 2021 19:40 (UTC +04:00)

Hesablar ləğv ediləcək - “WhatsApp”dan XƏBƏRDARLIQ!

“WhatsApp” messenceri istifadəçilərin yeni qaydalardan imtina edəcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq edəcək.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, yeni qaydalara uyğun olaraq istifadəçilər məlumatları “Facebook” şirkəti ilə bölüşməlidir.

Məlumata görə, “WhatsApp” mayın 15-dək messencerin yenilənmiş siyasətinin müddəalarını qəbul etməyən istifadəçilər üçün məlumatların göndərilməsi və oxunması funksiyalarını məhdudlaşdıracaq.

Qeyd olunan vaxtadək istifadəçilər tərəfindən qaydalar qəbul edilməsə, onların “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq. Qısa müddət ərzində istifadəçilər zənglər və bildirişləri qəbul etsələr də, messencerdə bildirişləri oxuya və göndərə bilməyəcəklər.

Bildirilir ki, aktiv olmayan istifadəçi hesabları messencerdən istifadənin son günündən 120 gün sonra ləğv olunacaq.

Qeyd edək ki, son vaxtlar dünyada 30 milyon istifadəçi “WhatsApp” dan məhrum olub. Bu, istifadəçilər tərəfindən proqramdan istifadə üzrə yenilənmiş şərtlərin mənfi qiymətləndirilməsi ilə əlaqədardır. Messencerin yeni versiyasında “Facebook” törəmə şirkəti ilə informasiya mübadiləsi ediləcəyi açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar