Hər gecə  qulaqcıqla yatan   qız KAR OLDU
12 mart 2024 17:49 (UTC +04:00)

Hər gecə qulaqcıqla yatan qız KAR OLDU

Gənc çinli qadın qulaqcıqla iki il dalbadal musiqi çalaraq yuxuya getdikdən sonra eşitmə cihazından istifadə etmək məcburiyyətində qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xanımın yaşı və adı açıqlanmasa da, onu "gənc qadın" adlandırır və Şandunqda yaşadığını deyir.

Qadın bir gün müdirinin çıxışını başa düşməkdə çətinlik çəkdiyini anladıqdan sonra həkimə müraciət edib. Müayinə zamanı sol qulağın qalıcı nevroloji zədələnməsi aşkarlanıb. Əvvəlcə həkim qadının qulağından zədə aldığını və ya uzun müddət yüksək səs mənbəyinin yaxınlığında olduğunu güman edib. Lakin sonradan məlum olub ki, çinli qadın hələ kollec tələbəsi olarkən musiqi dinləyərkən qulaqcıqla yuxuya getməyə öyrəşdiyi üçün eşitmə orqanı zədələnib.

"Kollecdə oxuyanda musiqi dinləyərək yuxuya getməyi xoşlayırdım. Zaman keçdikcə bu vərdiş halına gəldi. Son iki ildə hər gecə qulaqcıqla yatıram", - xəstə həkimə deyib.

Qadının gecə dinlədiyi musiqi yüksək olmasa da, sıx yükləndiyindən hətta bu da qulağına ziyan vurub. Xoşbəxtlikdən, zərər eşitmə cihazı ilə kompensasiya edilə bilər.

# 3138
avatar

Fidan İlqar

Oxşar yazılar