"Google Chrome"dan YENİLİK : daha sürətli...
08 mart 2021 19:01 (UTC +04:00)

"Google Chrome"dan YENİLİK: daha sürətli...

Google Chrome istifadəçilərinin yeni xüsusiyyətləri daha sürətli əldə etməsinə imkan verən dörd həftəlik buraxılış dövrünə keçdiyini açıqladı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, indiyə qədər Google Chrome yeniləmələrini altı həftədən bir yayımlayırdı və on ildən çoxdur ki, bu belə idi. Ancaq indi yeniləmələr 4 həftədən bir gələcək.

Chrome üçün test proseslərinin yaxşılaşdığına görə, istifadəçilərin yeni xüsusiyyətlərdən daha sürətli faydalana bilməsi üçün yayım dövrünün qısaldılmasının qaçılmaz olduğunu söyləyir. Dəyişikliklərlə əlaqədar olaraq Chrome Əməliyyatları üzrə Texniki Proqram Meneceri Alex Mineer məsələ ilə bağlı "Chrome-u inkişaf etdirməyə və istifadəçilərimizə ən yaxşı təhlükəsizlik, sabitlik, sürət və sadəliyi təqdim etməyə davam etdiyimiz üçün çox xoşbəxtik" sözlərini deyib.

# 2181
avatar

Oxşar yazılar