“Facebook” və “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ:  Parollarınızı dəyişin
13 yanvar 2022 14:59 (UTC +04:00)

“Facebook” və “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ: Parollarınızı dəyişin

Dünyanın ən çox istifadə edilən sosial şəbəkələrindən olan “Facebook” və “WhatsApp”a qarşı kiber hücumların artdığı açıqlanıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Meta” şirkəti açıqlamasında hər iki şəbəkə istifadəçilərinin parollarını dəyişdirməli olduğunu bildirib. 

Şirkət bu hücumlara qarşı həssas olduğunu, həmin hakerləri məhkəməyə verdiyini də qeyd edib. 

Bildirilir ki, eyni problem "Meta" şirkətinə aid olan "Instagram" sosial şəbəkəsində də baş verib. 
 

# 4218
avatar

Sevinc Fərid

Oxşar yazılar