Həyatımızın ayrılmaz hissəsi olan sosial şəbəkələrdə qarşımıza tez-tez müxtəlif testlər çıxı. Bir çoxları bu testlər vaistəsilə istifadəçinin bəzi məlumatları əldə olunduğunu iddia edir.
Lent.az-a bu haqda açıqlama verən sosial media mütəxəssisi Ceyhun Əzimov qeyd edir ki, əslində sosial şəbəkələrdə müxtəlif oyun növləri mövcuddur:
“Onlardan bir neçəsi də "Facebook"da rastlaşdıgımız OMG və ya Onedio kimi bir oyun platformasıdır. Bu oyunu testlər təşkil edir . Hansı ki testlər insanların həyat tərzləri barədə və s olur. İstifadəçilər daha çox özü haqda olan məlumatlar maraqlı gəlir. Yalan, ya da doğru olması çox da önəmli deyil”.
Ceyhun Əzimov bildirir ki, gündəlik həyatda bizi maraqlandıran və yaxud almaq istədiyimiz şeyləri “Google” və “Facebook”da axtarış veririk:
“Məsələn mən qulaqlıq almaq istəyirəm. Qulaqlıq satan səhifələri “Facebook” üzərindən axtarıram. Bunu bir dəfə etmişəmsə, növbəti dəfə artıq həmin qulaqlıq haqqında məlumatlar, reklamlar özü qarşımıza çıxır. Həmin məhsulu satan alış-veriş saytları bizə “Facebook” tərəfindən məsləhət görülür.
Demək olar ki, artıq sosial şəbəkələr bizim nə istədiyimizi öyrənmiş olur. Çünki ilk olaraq məlumatı biz onlara təqdim edirik. “Facebook” və ya digər sosial şəbəkələr istifadəçinin maraq dairəsini bilir və ana səhifəni ona görə uyğunlaşdırır”.