Ən yaxşı iPhone və iPad modellərinin adı AÇIQLANDI
05 iyun 2023 09:57 (UTC +04:00)

Ən yaxşı iPhone və iPad modellərinin adı AÇIQLANDI

Real cihaz istifadəçiləri arasında aparılan soğruya əsasən, Apple smartfon və planşetlərinin ən yaxşı modellərinin reytinqini dərc ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci yeri orijinal iPhone SE 2016 tutub - cihaz 97,9% müsbət rəylərə malikdir. Ondan sonra iPad Air 4 (97,7%), iPhone 6s Plus (97,1%), iPhone 6s (96,7%) və ikinci nəsil iPad Pro (96,6%) gəlir.

Üst sıraya həmçinin iPhone 12 mini (95,9%), iPhone 7 (95,8%), dördüncü nəsil iPad Pro 12,9 (95,6%), ikinci nəsil iPhone SE (95,1%) və dördüncü nəsil iPad Pro 11 nəsilləri (94,8%) daxildir.

Qeyd olunur ki, rəylərin hesablanması mayın 1-dən mayın 31-dək Çində aparılıb.

Araşdırmaya görə, iPhone 12 mini istifadəçilər tərəfindən ən yüksək reytinqli müasir Apple smartfonu olub. İstifadəçilərin müsbət rəyinə baxmayaraq, şirkət 2022-ci ildə mini-smartfon istehsalından imtina edərək iPhone Plus versiyasına üstünlük verib.

# 2520
avatar

Fidan İlqar

Oxşar yazılar