Ən ağıllı çat-bot IQ testində insanı geridə qoydu
13 mart 2024 11:24 (UTC +04:00)

Ən ağıllı çat-bot IQ testində insanı geridə qoydu

Maximum Truth saytı böyük dil modelləri əsasında çalışan 12 müxtəlif çat-botun testlərini aparıb.

Lent.az xəbər verir ki, aparılmış testlər nəticəsində məlum olub ki, məşhur ChatGPT hal-hazırda tanınan çat-botlar arasında ən ağıllısı deyil. Bununla belə reytinqin lideri IQ səviyyəsi mövzusunda orta statistik insanı geridə qoyub. Çat-botların imkanları Norway Mensa adlı IQ testində sınaqdan keçirilib. Bu IQ test 35 ədəd sualdan ibarətdir və onların əksəriyyəti özlərində müxtəlif təsvirləri birləşdirirlər. İlk öncə çat-botlardan heç biri bu IQ testdən keçə bilməyib. Belə ki, onlar sözügedən testdə olan müxtəlif təsvirləri anlaya bilməyiblər. Lakin daha sonra mütəxəssislər təsvirləri çat-botlara mətn formatında başa salıblar.

Bu prosesdən sonra onlar IQ testindən keçə biliblər. Beləliklə aparılmış bu təcrübənin nəticələrinə əsasən ChatGPT 35 sualdan 13-nə doğru cavab verərək 85 xal toplayıb. Bununla da o, reytinqin ikinci pilləsində qərarlaşıb. Birinci yeri isə Anthropic şirkətinin Claude-3 adlı çat-botu tutub. O, 35 sualdan 18.5-nə doğru cavab verərək ümumilikdə 101 xal toplayıb. Bu isə orta statistik insanın əldə etdiyi göstəricidən bir qədər yüksəkdir. Üçüncü yeri 82 xal göstərici ilə Claude-2, dördüncü yeri 79 xal göstərici ilə Microsoft Copilot, beşinci yeri isə 77.5 xal göstərici ilə  Google Gemini-nin standart versiyası tutub. Reytinqin yerdə qalan hissəsi ilə fotodan tanış olmaq olar.
 

# 5472
avatar

Oxşar yazılar