“Chevrolet”  məşhur modelin   istehsalını dayandırdı
14 iyun 2023 11:50 (UTC +04:00)

“Chevrolet” məşhur modelin istehsalını dayandırdı

“Chevrolet” məşhur avtomobil modelinin istehsalını dayandırdığını elan edib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “General Motors Chevrolet Cruze” adlı modelin istehsalı rəsmi olaraq dayandırılıb. Bu maşın 2008-ci ildən istehsal olunur. Ümumilikdə dünyada iki milyon yarımdan çox bu avtomobil növündən var. 

Avtomobilin son modelləri bu ilin sonuna qədər konveyerdən çıxacaq. 

Bildirilir ki, “Chevrolet Cruze” yalnız Argentinada istehsal olunur. O istehsaldan çıxarıldıqdan sonra şirkət “Chevrolet Tracker” krossoverinin istehsalını artıracaq.

Qeyd edək ki, bu qərar alıcıların C sinifli sedan və hetçbeklərdən imtina edərək krossoverlərə üstünlük verməsi səbəbindən verilib.

Hazırda “Chevrolet Cruze” 1,4 litrlik 153 at gücündə turbo mühərrik və altı pilləli avtomatik transmissiya ilə təchiz edilib.
 

# 2685
avatar

Sevinc Fərid

Oxşar yazılar