Bu telefon markası tezliklə yox olacaq – SƏBƏB
19 yanvar 2024 16:51 (UTC +04:00)

Bu telefon markası tezliklə yox olacaq – SƏBƏB

1 fevral 2024-cü ildə bu markanın smartfonlarının olduğu bölmə “Nokia” rəsmi saytından silinəcək .

Lent.az xəbər verir ki, hazırda “Nokia” brendi altında cihazları “Nokia”dan mobil telefon biznesini almış “HMD Global” şirkəti təqdim edir. 

2026-cı ildən isə “HMD Global” artıq “Nokia” smartfonlarını satmayacaq.

Məlumata görə, “Nokia” saytında smartfonlar bölməsi artıq rəsmi olaraq bağlanıb. Ancaq siz hələ də “nokia.com/phones” saytına birbaşa keçidi vasitəsilə daxil ola bilərsiniz. “HMD Global”a görə, fevralın 1-dən etibarən bu bölmə “brend transformasiya planının” bir hissəsi kimi tamamilə silinəcək.

Niyə Nokia müasir bazarda yer tapa bilmədi?

Texnologiya dünyası bu gün sürətlə irəliləyir və dəyişən tendensiyalara və istehlakçı tələblərinə uyğunlaşa bilməyən şirkətlər tez bir zamanda özlərini rəqabətin arxasında tapa bilirlər. Bir vaxtlar dünyanın ən yaxşı mobil telefonlarının istehsalçısı sayılan “Nokia”nı indi demək olar ki, hamı unudub. Görünür, brendin smartfonların təkamülünə müqaviməti buna səbəb olub. Rəqiblər smartfonlar istehsal etməyə, getdikcə daha yeni funksiyalar təqdim etməyə başladıqları üçün “Nokia”nın bu inqilabı tam şəkildə qəbul etmək istəməməsi onun uğursuzluğunun əsas səbəblərindən biri idi.

Uzun müddət “Nokia” rəhbərliyi insanların toxunma ekranlı telefonları qəbul etməyəcəklərini və QWERTY klaviatura düzümündən istifadə etməyə davam edəcəklərini düşünürdü. Bu yanlış fikir brendin süqutunun başlanğıcı oldu. 

Bazar tendensiyalarını çox gec dərk edən “Nokia”, smartfonlarında tətbiq etdiyi “Symbian” əməliyyat sistemini təqdim etdi. İstifadəçilər, gözlənildiyi kimi, yeni əməliyyat sistemində iOS və Android kimi rəqib platformalar tərəfindən təklif olunan proqram dəstəyi və tərtibatçı ekosistemindən məhrum olduğu üçün bir sıra istifadə problemi ilə üzləşdilər. Sərt istifadəçi interfeysi və proqramların məhdud seçimi “Symbian”ın yuxarıda qeyd olunan əməliyyat sistemləri ilə effektiv rəqabət aparmasına mane oldu. 

Bütün bunlar, uğursuz marketinq strategiyası, məhsul innovasiyasının olmaması, "Microsoft" ilə vaxtında və düzgün düşünülməmiş sövdələşmə və kifayət qədər tez uyğunlaşmaq və dəyişmək qabiliyyətinin olmaması ilə yanaşı, nəticədə "Nokia"nın bazardan birdəfəlik çıxma ehtimalına səbəb oldu. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 46467
avatar

Sevinc Fərid

Oxşar yazılar