Bu saat  5,8 milyon dollara   satıldı
27 mart 2023 19:04 (UTC +04:00)

Bu saat 5,8 milyon dollara satıldı

Honq Konqda “Christie's” onlayn hərracında qol saatı rekord qiymətə - 5,8 milyon dollara satılıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, nadir “Patek Philippe” saatının alıcısı anonim qalmaq üçün əlindən gələni edib.

Saat mexanizmi dünyanın ən mürəkkəblərindən biri hesab olunur.

Xüsusilə, 6002G modelində 18 karatlıq ağ qızıldan qutu və şamplev və kloisonn emaye ilə bəzədilmiş mavi siferblat var.

Bundan əlavə, saatda dəqiqə təkrarlayıcısı, əbədi təqvim, ulduzlu səmanın və ayın fazalarının xəritəsi var.

Mütəxəssislər saatı əsl sənət əsəri adlandırıblar.
 

# 2466
avatar

Oxşar yazılar