“Apple“ın bu payızda nömrə “iPhone”ların növbəti nəslini təqdim edəcəyi gözlənilir.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, tanınmış Apple insayderi Con Prosser iddia edir ki, şirkət iPhone 17 Pro və 17 Pro Max üçün yeni dizayn üzərində işləyir.
Obyektivlərin üçbucaq düzümü qalmasına baxmayaraq, tarixində ilk dəfə olaraq iPhone kütləvi düzbucaqlı kamera bloku əldə edəcək. Lakin flaş və LiDAR sağ kənara "hərəkət edəcək".
Prosser, renderlərin etibarlı mənbələrə əsaslanaraq yenidən yaradıldığını və mənbənin cihazı şəxsən gördüyünü iddia edib, bəlkə də “Apple”ın yeni flaqmanları həqiqətən belə görünəcək:
Digər mənbələr Pro dizaynının radikal yenilənməsini artıq qeyd ediblər. Məsələn, Çindən olan nüfuzlu bir insayder olan Digital Chat Station, iPhone 17 Pro prototiplərinin təxminən eyni göründüyünü söyləyib. “Apple”ın həqiqətən də kamera bölməsində dəyişikliklər hazırlaması şansı var.
Şayiələrə görə, ultra nazik iPhone 17 Air-in də arxa tərəfində oxşar üfüqi panelə, ancaq yalnız bir kameraya sahib olacaq.
iPhone 17 seriyasının buraxılışına hələ ən azı yeddi ay var, lakin 2025-ci ilin əsas smartfonları haqqında artıq onlayn çoxlu şayiələr yayılır. Eyni məlumatı bir neçə insayder təkrarlayır - proqnozların gerçəkləşmə ehtimalı kifayət qədər yüksəkdir.
iPhone 17-də selfilər də daxil olmaqla əsas kamera təkmilləşdirmələri gözlənilir və əsas modellər nəhayət 120Hz ekranlara keçəcək. 2025-ci il iPhone-u gözləməyin başqa bir səbəbi var: sirli iPhone Air.