Bu brauzerdə də “casus” funksiyası aşkar edildi
14 iyun 2023 11:36 (UTC +04:00)

Bu brauzerdə də “casus” funksiyası aşkar edildi

 Microsoft-un Edge brauzerinin istifadəçiləri aşkar ediblər ki, son zamanlarda brauzer onların internetdə baxmış olduqları bütün fotoları Microsoft serverlərinə göndərir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əslində isə bu, brauzerin yeni xidmətidir. Bu xidmət çərçivəsində brauzer istifadəçi tərəfindən baxılan fotoların keyfiyyətlərini avtomatik şəkildə yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Lakin bunun üçün brauzer baxılan fotoların URL ünvanlarını Microsoft serverlərinə ötürür və artıq serverlərdə fotoların keyfiyyətlərinin yaxşılaşdırılması prosesi reallaşdırılır.

  Lakin bəzi istifadəçilər bu xidmətdən heç də razı deyillər. Onlar Microsoft-un bu üsul ilə onları izlədiklərini düşünürlər. Qeyd etmək lazımdır ki, brauzerin bu yeni funksiyası standart şəkildə aktivdir və bir çoxları onun mövcudluğundan belə xəbərdar olmaya bilərlər. Təbii ki, bu funksiyadan narazı olanlar onu brauzerin ayarları vasitəsilə deaktiv edə bilərlər. Bunun üçün istifadəçilər brauzerin ayarlarında olan “Privacy, search and services” bölməsinə daxil olmalı və müvafiq funksiyanı deaktiv etməlidirlər. Bununla yanaşı Microsoft hansı saytlardan fotoların şirkət serverlərinə göndərilməməsi imkanının seçilməsini də təklif edir.

# 1941
avatar

Oxşar yazılar