Avtomobildə ayaqqabı təmizləmək  üçün YENİ CİHAZ
12 mart 2023 17:51 (UTC +04:00)

Avtomobildə ayaqqabı təmizləmək üçün YENİ CİHAZ

“Sunny Solutions Co” şirkəti avtomobildə ayaqqabı təmizləmək üçün cihaz yaradıb. 

Lent.az xəbər verir ki, yeni məhsul bu ilin iyun ayına qədər bir neçə rəngdə satışa çıxarılacaq. Onun qiymətinin 11 dollar olacağı bildirilir. 

Məlumata görə, o həmçinin maşın daxilindəki xalçaları da təmiz saxlamağa kömək edəcək. Yeni cihaz sadə dizayna malikdir və avtomobilin içəridən qapısına bərkidilir. Cihaz onu bağlı saxlayan maqnit qapağı ilə təchiz edilmişdir. Beləliklə, avtomobilə minərkən həmin qurğuya toxunulur və o avtomatik dabanı təmizləyir. 

Cihazı təmizləmək üçün ayaqqabıdan toz toplayan nimçəni çıxarmaq kifayətdir. Bu zaman onu təmizləyib yenidən yerinə taxmaq mümkündür. 


 

# 3924
avatar

Sevinc Fərid

Oxşar yazılar