“Apple”nın 2024-cü ildə təqdim edəcəyi cihazlar açıqlandı
08 dekabr 2023 14:39 (UTC +04:00)

“Apple”nın 2024-cü ildə təqdim edəcəyi cihazlar açıqlandı

“Apple” şirkətinin 2024-cü ildə təqdim edəcəyi cihazlar məlum olub. 

Lent.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət yeni “iPad Air”, “iPad” və “MacBook Air” modellərini buraxmağı planlaşdırır.  

Məlumata görə, yeni “iPad Air” iki ölçüdə, “Pro” modeli isə OLED ekranla təchiz olunacaq. “MacBook Air”in yeni versiyası yeni M3 çipi ilə təchiz ediləcək. Bildirilir ki, yeni “iPad”in satışına 2024-cü ilin mart ayının sonunda "iPadOS" 17.4-ün buraxılması ilə başlanacağı gözlənilir. Həmçinin, yeni “Mac” cihazlarının da buraxılışı mart ayından tez olmayacaq.  

Qeyd edək ki, “Apple” şirkəti üçün sentyabrın 31-də hesablanan gəlir 3% azalaraq 383,3 milyard və 97 milyard dollar təşkil edib. Maliyyə ilinin dörd rübünün hər birində gəlir azalması qeydə alınıb.

Ayrı-ayrı Apple məhsul kateqoriyalarına gəlincə, “iPhone” satışları rübdə 2,8% artaraq 43,8 milyard dollara çatıb. Sentyabrda “Apple” yeni “iPhone 15” modelini təqdim edib. “Mac2 satışları 33% azalaraq 7,6 milyard dollara, “iPad” satışları isə 9% azalaraq 6,4 milyard dollara düşüb. Eyni zamanda, musiqi proqramı olan “Apple Musi”c və “Apple TV+” videoservisi də daxil olmaqla, xidmətlərdən əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə 16% artaraq 22,3 milyard dollara çatıb.

# 2868
avatar

Sevinc Fərid

Oxşar yazılar