“Apple”dan 98 ölkədəki “iPhone” istifadəçilərinə xəbərdarlıq - Bunu ciddi qəbul edin
14 iyul 2024 05:24 (UTC +04:00)

“Apple”dan 98 ölkədəki “iPhone” istifadəçilərinə xəbərdarlıq - Bunu ciddi qəbul edin

“Apple” şirkəti 98 ölkədəki “iPhone” istifadəçilərinə casus proqram hücumları barədə xəbərdarlıq edib. Son xəbərdarlıq bu ilin ikinci xəbərdarlığı olub. Ötən ilin aprelində 92 ölkədəki istifadəçilər oxşar bildiriş alıblar.

Lent.az xəbər verir ki, “Apple” bu bildirişləri 2021-ci ildən müntəzəm olaraq göndərir və 150-dən çox ölkədə istifadəçilərə çatır.

Çərşənbə günü dərc edilən son xəbərdarlıqlarda hücum edənlərin kimliyi və ya istifadəçilərin bildirişləri aldığı ölkələr haqqında ətraflı məlumat verilməyib.

“”Apple”, “Apple ID”nizlə əlaqəli “iPhone”unuzu uzaqdan pozmağa cəhd edən pullu casus proqram hücumuna məruz qaldığınızı aşkar etdi”, - deyə şirkət tərəfindən göndərlən xəbərdarlıqda bildirilir.

İstifadəçi ifadələrinə görə, Hindistandakı istifadəçilər “Apple”ın son təhdid bildirişlərini alanlar arasındadır.

“Apple” oktyabr ayında ölkədəki bir çox jurnalist və siyasətçiyə bənzəri xəbərdarlıqlar göndərib.

İnsan haqlarını müdafiə edən “Amnesty İnternational” qrupu daha sonra bildirib ki, İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış yüksək aqressiv casus proqram olan “Pegasus”un Hindistanın tanınmış jurnalistlərinin “iPhone”larında olduğunu aşkarlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar