Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
12 mart 2024 14:53 (UTC +04:00)

Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!

Bir neçə il əvvəl Microsoft-un virtual reallıq başlığı olan HoloLens 2-nin əməliyyatlarda istifadə edilməsi sosial mediada gündəmə səbəb olmuşdu.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, cərrahiyyə köməkçisi Suvi Verho, bu dəfə HoloLens 2-ni Apple Vision Pro ilə əvəz edərək bir xəstə üzərində əməliyyat həyata keçirməyi bacarıb.
     Daily Mail xəbər verir ki , Cromwell xəstəxanasında xəstənin onurğa sütununu bərpa etmək üçün son əməliyyat zamanı cərrahla birlikdə işləyən tibb bacısı Vision Pro-dan hazırlıq görmək, prosedura əməl etmək və düzgün alətləri seçmək üçün istifadə edib. Məlumatlara görə, Vision Pro-da işləyən proqram HoloLens üçün oxşar proqram təminatı hazırlamış eXeX şirkətinin imzasını daşıyır. Bu proqram əməliyyatın hər bir mərhələsini izləyə və eyni zamanda digər cərrahlar tərəfindən həyata keçirilən əvvəlki əməliyyatlarla müqayisədə necə getdiyini ölçə bilər.

     Vision Pro istifadə edən cərrah köməkçisi Suvi Verho, müsahibə zamanı "Başlıqdan istifadə etmək insan səhvi ilə ehtimalları aradan qaldırır və əməliyyata inam verir" sözlərini deyib. Əməliyyatı reallaşdıran Dr. Seyid Aftab isə məhsulun səmərəliliyinin artırılması və məlumat ötürülməsinin potensialı barədə “Əməliyyat zamanı tibb bacıları tez-tez tanımadığı avadanlıqlarla işləməli olurlar. Apple Vision başlıqlarından istifadə etdikdən sonra onlar bəzi təcrübələri öyrənə və işləmə müddətini azalda bilərlər." sözlərini qeyd edib.
     Apple, Vision Pro-da mövcud olan bəzi sağlamlıq proqramlarını qeyd edərək bu virtual eynəyin daha çox xüsusiyyətlərə malik olduğunu bildirir. Belə ki, visionOS-da myMako tətbiqinə istinad edən Apple, protezlərin üçölçülü vizuallaşdırılmasının da mümkün olduğunu vurğulayıb. Digər bir nümunədə, Boston Uşaq Xəstəxanası, səhiyyə işçilərinin işə qəbul və təlim zamanı üzləşdiyi bəzi çətinlikləri asanlaşdırmaq üçün təhlükəsiz, universal olaraq əlçatan olan bir virtual mühitdə immersiv öyrənmə təcrübəsi inkişaf etdirib. Apple Vision Pro üçün yaradılmış olan CyranoHealth, tibbi infuziya nasosları kimi yeni tibbi avadanlıqlarının istifadəsi üçün müxtəlif növ təlimlər təqdim edir.

# 2571
avatar

Oxşar yazılar