Apple sevənlərin DİQQƏTİNƏ!  - Yeni modellər gəlir
13 iyun 2023 13:01 (UTC +04:00)

Apple sevənlərin DİQQƏTİNƏ! - Yeni modellər gəlir

Keçən həftə Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində M2 prosessoruna sahib 15.3 düym ekranlı yeni MacBook Air noutbukunu təqdim etmişdi.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, verilmiş yeni məlumata əsasən isə şirkət artıq M3 prosessoruna sahib olacaq MacBook Air modeli üzərində çalışır. Bu məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib.

    Onun sözlərinə əsasən Apple artıq 13 düym və 15 düym ekranlara sahib olacaq M3 prosessorlu MacBook Air modellərinin hazırlanmasına start verib. Lakin onları 2024-cü ildən tez gözləmək lazım deyil. Gözləntilərə əsasən M3-ün tərkibində olacaq CPU və GPU nüvələrinin sayı M2-dəki CPU və GPU nüvələrinin sayı ilə eyni olacaq. Lakin əsas fərq ondan ibarət olacaq ki, M3 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Bu isə öz növbəsində M3-ün daha performanslı və daha enerji effektivli olacağına imkan verəcək.

# 1959
avatar

Oxşar yazılar