Türkiyə üçün yüksək sürətli internet təmin edən 5-ci nəsil kabelsiz mobil texnologiyasının tətbiqinə ilk İstanbul hava limanı ilə başlanacaq.
Lent.az TRT-yə istinadən bildirir ki, Türkiyədə xidmət göstərən 3 GSM (Global System for Mobile Communications) operatoru, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun iştirak edəcəyi təqdimat mərasimi ilə sərnişinlərə 5G texnologiyasını təqdim edəcək.
Mobil telefonları bu texnologiyaya uyğun gələn sərnişinlər ilk mərhələdə sınaq məqsədi ilə istifadəyə veriləcək 5G şəbəkəsi ilə yeni texnologiyanın internet sürətini sınaqdan keçirəcəklər.
Qeyd edək ki, İstanbul hava limanında olacaq sərnişinlərin telefonlarında ilk dəfə olaraq “5G” ifadəsi görünəcək.