3D printerdə insan ürəyinin analoqu  ÇAP EDİLİB
06 mart 2023 16:38 (UTC +04:00)

3D printerdə insan ürəyinin analoqu ÇAP EDİLİB

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri anatomik baxımdan əsl insan ürəyini təkrarlayan süni ürəyin çap edilməsi üsulunu hazırlayıblar.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, mütəxəssislər inanırlar ki, həkimlər bu texnologiyanı individual tibbi problemlərin daha dəqiq diaqnostikasında istifadə edə biləcəklər.

Məlumatda qeyd edilib ki, çap edilən süni ürəyin ölçüsü və forması insandan-insana fərqlənə bilər. Bu fərqlilik əsasən ürək xəstəlikləri olan insanlarda daha yaxşı nəzərə çarpır. Belə ki, ürək funksiyalarının pozulması onun gözlənilməz şəkildə deformasiyasına gətirib çıxarır.

Mühəndislər "UZİ" (ultrasəs müayinəsi), rentgen və MRT (maqnit rezonans tomoqrafiyası) vasitəsilə ürəyin 3D modelini tərtib etməyə çalışblar. Sonra onlar polimer əsaslı mürəkkəblər vasitəsilə süni ürəyi çap ediblər. Nəticədə əsl ürəyi təkrarlayan yumşaq və elastik süni ürək əldə edilib.

Daha sonra mütəxəssislər aortanı çap ediblər və süni ürəyə qan dövranı sistemini imitasiya edən pnevmatik sistem əlavə edilib. Ritmik ürək döyüntülərinin əldə edilməsi üçün mütəxəssislər çıxan havanı ayarlamağı bacarıblar. Bu üsul ilə onlar ürəyin nasos özəlliyini imitasiya ediblər. Bütün bunların vasitəsilə mütəxəssislər ürəyin problemlərini müşahidə ediblər və əldə edilmiş məlumatlar əsasında maksimal dəqiq müalicəni təyin ediblər.

# 2352
avatar

Fidan İlqar

Oxşar yazılar