Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan əsilli Ukrayna vətəndaşı baş leytenant Axasıyev Kirilo Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib.
Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tvitter hesabında paylaşım edib.
Qeyd edək ki, Kirilo Axasıyevə Ukrayna Silahlı Qüvvələrinin 92-ci əlahiddə mexanikləşdirilmiş briqadasında taqım komandiri vəzifəsində xidmət edir.