Yeniyetmə qızı ərə verən ailəyə  XƏBƏRDARLIQ  - FOTO  - YENİLƏNİB
31 yanvar 2022 15:25 (UTC +04:00)

Yeniyetmə qızı ərə verən ailəyə XƏBƏRDARLIQ - FOTO - YENİLƏNİB

Sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları aildə olublar. Fakt araşdırılıb. 

Lent.az xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsinə,Massalı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının yaydığı rəsmi məlumatda bildirilir. 

Qeyd olunur ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq.  Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir. 

Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.

***

14:18

Polis ərə verilməsi barədə xəbəri yayılan yeniyetmə qızın ailəsini dindirib.

Lent.az xəbər verir ki, məsələdən xəbər tutan Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları ailə ilə görüşərək onların izahatını alıblar. Ailə üzvlərinin bildirdiyinə görə, 2007-ci il təvəllüdlü J.M-nın iki gün əvvəl 1994-cü il təvəllüdlü Hacı Məmişovla "həri" mərasimi keçirilib. Ailəsi bildirib ki, nişan və toy üçün qızın 18 yaşının tamam olmasını gözləyirlər.

Qeyd edək ki, 15 yaşlı qız əvvəllər ailəsi ilə birgə Lənkəranda yaşayıb. 4 il əvvəl ata və anası boşandıqdan sonra anası və bacısı ilə Masallı rayonunun Təzə Alvadı kəndinə köçərək orada yaşayıb. J.M Lənkəran və Masallıda təhsildən yayınmasına görə ərazi icra nümayəndəsi və məktəb direktoru tərəfindən müəyyən müddətdir ki, fərdi təhsilə cəlb olunub. 

Ərə verilməsi ilə bağlı xəbəri yayılan qızın fotosu

***

saat 12:27

Sosial şəbəkələrdə Masallıda 13 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb. 

Lent.az xəbər verir ki, yayılan məlumatlara görə, ərə verilən yeniyetmə qız təhsilini evdə alırmış. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə 13 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanıb:

“Hazırda hüquq-mühafizə orqanları Masallı rayonun Alvadı kəndinə, yəni qızın ailəsinə gedir. Rayon İcra Hakimiyyətindən mənə qızın 13 yox, 15 yaşı olduğunu dedilər. Həmin uşaq 5-ci sinif dərslərini evdə fərdi şəkildə öyrənirmiş. Onu məktəbdən də uzaqlaşdırıblar. Bu fakt tam şəkildə təsdiqini taparsa, valideynləri mütləq cəzalanmalıdır”.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6414
avatar

Aytəkin Cəlali

Oxşar yazılar