Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub
09 fevral 2023 01:13 (UTC +04:00)

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

Avropa İttifaqının Yerin Müşahidə Proqramı “Copernicus”müşahidələrinə görə, ötən yanvar ayı Avropada monitorinq tarixində ən isti aylardan biri olub.

"Son dərəcə isti temperatur: Avropada yanvar ayı rekordlar üzrə üçüncü ən isti yanvar olub”, - Lent.az xarici mediaya istinadla bildirir ki, məlumatda qeyd edilir.

“Copernicus”un xəbərinə görə, Balkanlar və Şərqi Avropa da daxil olmaqla, Avropanın böyük hissəsində temperatur orta səviyyədən yuxarı olub.

Bundan əlavə, ABŞ-ın şərqində, Kanadada, Meksikada və Rusiyanın qərbində temperaturun artması müşahidə olunub. Eyni zamanda, Sibirdə, eləcə də Əfqanıstan, Pakistan və qonşu ölkələrdə, eləcə də Avstraliyada temperatur orta səviyyədən aşağı olub.

Təşkilat qeyd edir ki, ötən yanvar ayı müstəsna ay olsa da, onun temperaturu iqlim dəyişikliyinin bir çox regionlara təsirindən xəbər verir və gələcək ekstremal hadisələrin növbəti xəbərdarlığı sayıla bilər.

# 1809
avatar

Oxşar yazılar