Xüsusi təyinatlıların şəhid giziri Biləsuvarda dəfn edildi
14 sentyabr 2022 13:23 (UTC +04:00)

Xüsusi təyinatlıların şəhid giziri Biləsuvarda dəfn edildi

Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu dəfn olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, şəhid doğulduğu Biləsuvar rayonunun Amankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü, şəhid Ziyarət Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edib. O, ailəli idi, 2 yaşlı oğlu var idi.

# 1410
avatar

Oxşar yazılar