Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 10:52-də, 30 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün ərzində dənizdə baş verən üçüncü zəlzələdir.
***
08:43
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Lent.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkanlar 30 km dərinlikdə, yerli vaxtla saat 07:28-də qeydə alınıb.
Qeyd edək ki, Xəzər dənizində bu gecə saat 02:03-də 3 maqnitudalı zəlzələ baş verib.