20 yaşlı bacısını dəsmalla boğub  öldürdü - «Gədəbəy Mineral Suları»nın fəhləsi HAKİM QARŞISINDA
26 dekabr 2024 17:49 (UTC +04:00)

20 yaşlı bacısını dəsmalla boğub öldürdü - «Gədəbəy Mineral Suları»nın fəhləsi HAKİM QARŞISINDA

Bakıda 20 yaşlı bacısını öldürən qardaşın məhkəməsi başlayıb.
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bir daha təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Təbriz Qasımov 1997-ci ildə Gədəbəy rayonunda anadan olub, faktiki Bakı şəhərinin Nərimanov rayonunda yaşayıb, «Gədəbəy Mineral suları» MMC-də fəhlə işləyib, əvvəllər məhkum olunmayıb.
 
Sonra dövlətt itihamçısı ittiham aktını elan edib. 
 
Təbriz Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
 
Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.
 
Xatırladaq ki, bu il iyulun 1-i səhər saat 7 radələrində Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən fərdi evdə Təhminə Qasımovanın öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən Təbriz Qasımov könüllü polisə təslim olub. 
 
Araşdırma zamanı məlum olub ki, Təbriz Qasımov aralarında şəxs münasibətlər zəmnində yaranan mübahisə zamanı bacısını dəsmalla boğaraq qətlə yetirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Təhminə Qasımovanın ölümünə — mexaniki asfiksiya səbəb olub.
 
Binəqədi rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar