Bəşər Əsədin həyat yoldaşı Moskvada ölə bilər
26 dekabr 2024 19:07 (UTC +04:00)

Bəşər Əsədin həyat yoldaşı Moskvada ölə bilər

Suriyanın devrilmiş diktatoru Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd kəskin miyeloid leykemiya xəstəliyinə tutulub.

Lent.az-ın xəbərinə görə, “The Telegraph” yazır ki, həkimlər onun sağ qalma şansını “50/50” qiymətləndiriblər.

Əsma indi infeksiyalardan qorunmaq üçün təcrid vəziyyətindədir, atası Fəvaz Axras isə Moskvada qızına baxır. Mənbələr onun “ürəyi qırıldığını” bildirir. Xatırladaq ki, 2024-cü ilin may ayında Əsmaya ilk dəfə leykemiyanın aqressiv forması diaqnozu qoyulub və 2019-cu ilin avqustunda bir illik müalicədən sonra döş xərçənginə qalib gəldiyini açıqlayıb.

Son həftələr onun vəziyyəti xeyli pisləşib. Nəşrin mənbələri ehtimal edir ki, Kreml Suriya üsyançılarının irəliləməsi səbəbindən ərini ölkəni tərk etməyə razı salmazdan əvvəl Əsma müalicə üçün Moskvaya uçmuş ola bilər.

Türkiyə mətbuatı Rusiya diplomatik mənbələrinə istinadən yazıb ki, Əsma Bəşər Əsəddən boşanmaq imkanını nəzərdən keçirir. 

“The Teleqraf” onu da qeyd edir ki, Əsədlə Vladimir Putin arasında münasibətlər son vaxtlar xeyli pisləşibmiş. İddialara görə, Kreml Suriya diktatorunun islahatlar aparmaq və müxalifətlə qarşılıqlı əlaqədə olmaq istəməməsindən narazı qalıb.

Britaniya əsilli Əsma Əsəd ərinin demokratiya tərəfdarı etirazlara qarşı zorakı hərəkətlərini dəstəklədiyi üçün 2011-ci ildə Qərb tərəfindən sanksiyaya məruz qalıb. Bu hərəkətlər Suriyada vətəndaş müharibəsinə səbəb olub.
İndi Əsma Əsədin səhhəti ölkəyə nəzarəti itirmiş ailənin gələcəyinə qeyri-müəyyənlik əlavə edən başqa bir amilə çevrilib.

Xatırladaq ki, bir sıra türk və ərəb nəşrləri Bəşər Əsədin həyat yoldaşının artıq Rusiyada yaşamaq istəmədiyini yazıb. Suriya diktatoru və həyat yoldaşı Putindən siyasi sığınacaq istəyən kimi Əsma Əsəd boşanmaq üçün Rusiya məhkəməsində iddia qaldırıb və ona Rusiyadan çıxmasına icazə verilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar