Zakir Qaralov Gəncədə vətəndaşlarla görüşəcək
09 iyun 2014 10:48 (UTC +04:00)

Zakir Qaralov Gəncədə vətəndaşlarla görüşəcək

0

Baş prokuror Zakir Qaralov iyunun 20-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. Baş prokurorluqdan Lent.az-a verilən xəbərə görə, saat 11.00-da, Gəncə şəhər prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 765

Oxşar yazılar