
Yeni reys sərnişinlərin ixtiyarına verildi
0
0
Mayın 28-dən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.
Bu barədə Lent.az-a qurumun mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək:
"Səfər saatı təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00-da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Varonej, Tula, Moskva şəhərlərindən keçəcək.
Sərnişinlər Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər".
P.Məmmədova əlavə edib ki, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir:
"Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub".
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.
0
0
Oxşar yazılar

Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
4 sentyabr 2025 , 14:09
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
4 sentyabr 2025 , 12:40
Zaqatalada fermerlər ETİRAZA QALXDI
4 sentyabr 2025 , 11:38
Hansı ailələr ünvanlı dövlət sosial yardımı ala bilər? - CAVAB
4 sentyabr 2025 , 11:36
Nazirlikdən virus infeksiyaları ilə bağlı əhaliyə MÜRACİƏT
4 sentyabr 2025 , 11:09
Dərslər başlayır, ictimai nəqliyyatda problem yaranır - Həll yolu nədir?
4 sentyabr 2025 , 11:06
95 yaşlı qadın 3 riskli əməliyyata eyni anda getdi
4 sentyabr 2025 , 10:55