Yeni ilin ilk gününün hava proqnozu
31 dekabr 2012 15:04 (UTC +04:00)

Yeni ilin ilk gününün hava proqnozu

Yeni ilin ilk günündə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, temperatur gecə 0-3 dərəcə, gündüz isə 5-9 isti olacaq.
Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-80 faiz təşkil edəcək.
 

Yanvarın 1- 3 arasında Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.

 
Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 3-8 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Oxşar yazılar