Yarmarkalarda satışa çıxarılacaq məhsulların qiyməti açıqlandı
14 dekabr 2012 18:49 (UTC +04:00)

Yarmarkalarda satışa çıxarılacaq məhsulların qiyməti açıqlandı

Sabah Bakı şəhərinin yeddi rayonunda, 11 ünvanda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək.

Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, satış yarmarkaları bazar günü də keçiriləcək.

Respublikanın 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxaracaqlar. Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı təşkil edəcək. Mövsümlə bağlı yarmarkalarda sitrus və gərzəkli meyvələr daha çox üstünlük təşkil edəcək. Yarmarkada almanın 1 kiloqramının qiyməti 30-50 qəpik,  kartofun 1 kiloqramının qiyməti 30-40 qəpik, soğanın 1 kiloqramının qiyməti 20-25 qəpik, lobyanın 1 kiloqramının qiyməti 70-80 qəpik, narın 60 qəpik-1 manat, toyuq ətinin 2 manat 80 qəpik, mal ətinin 5 manat, qoyun ətinin 5 manat 50 qəpik-6 manat təşkil edəcək. 

Yarmarkalar keçirilməmişdən öncə Bakı şəhərinin mərkəzi bazarlarında monitorinqlər keçirilir və bunun əsasında istehsalçılarla qarşılıqlı razılaşma yolu ilə qiymətlər tənzimlənir. Bu həftə yarmarkalara 450-500 ton məhsul çıxarılacaq.

 

# 995
avatar

Oxşar yazılar