TQDK müraciət etdi
09 sentyabr 2013 10:49 (UTC +04:00)

TQDK müraciət etdi

TQDK orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə,  müraciətdə bildirilir ki, 2013-2014-cü tədris ili üçün ümumi və tam orta təhsil bazalarında (9 və 11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalmış plan yerlərinin siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

 

Həmin jurnalları TQDK-nın inzibati binasının qarşısında yerləşən "Abituriyent" satış köşkündən, eyni zamanda Komissiyanın internet saytının müvafiq bölməsinə - http://www.tqdk.gov.az/ejurnal/ daxil olaraq elektron ödəmə etməklə əldə etmək mümkündür.

 

ANAR

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar