Nijni Novqorod hava limanının xətti polis idarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiya kanalının təşkili ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, polis rəisinin saxlanılmasını Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat departamenti də təsdiqləyib.
Bildirilir ki, bir qrup vətəndaşın qanunsuz əməllərini nəqliyyat polisinin daxili təhlükəsizlik şöbəsinin əməliyyatçıları Rusiyanın Nijni Novqorod vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin İdarəsindən olan həmkarları ilə birgə müəyyən ediblər.
"İlkin olaraq müəyyən edilib ki, Nijni Novqorod vilayətinin sakini Rusiyanın miqrasiya qanunvericiliyini pozduğuna görə əcnəbi vətəndaşların inzibati məsuliyyətə cəlb edilməməsi üçün dəfələrlə addımlar atıb. Bunun üçün o, Nijni Novqorod hava limanında polis idarəsinin hazırkı əməkdaşları ilə müqavilə münasibətləri bağlayıb, həmçinin mətbuat xidmətinin qeyri-qanuni hərəkətlərinə də qoşulub", - məlumatda vurğulanır.
İttihamlar təsdiqini taparsa, iş üzrə təqsirləndirilən şəxslər daxili işlər orqanlarından xaric ediləcəklər.