Tiflisdə Dünya Azərbaycanlıları Günü qeyd edilib
30 dekabr 2012 22:35 (UTC +04:00)

Tiflisdə Dünya Azərbaycanlıları Günü qeyd edilib

Dekabrın 30-da Gürcüstan paytaxtında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) təşkilatının təşəbbüsü və təşkilatçılığı və “Karmen” şirkətinin maliyyə dəstəyi ilə baş tutub. Tədbiri GAMK təşkilatının sədri Əli Babayev açaraq Azərbaycan və dünya azərbaycanlılarının həmrəyliyi haqqında ürək sözlərini açıqlayaraq, tədbir iştirakçılarını, eləcə də dünya azərbaycanlılarını həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib.

 

Tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Azərbaycan Jurnalist Qadınlar Birliyinin sədri Sevil Yusifova, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəri Valeri Asatiani, Ginnesin Rekordlar Kitabına düşən “maqnit adam” Etibar Budaqlı,  Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının rejissoru Namiq Əliyev və başqaları çıxış edərək Azərbaycan və Gürcüstan dövlətçiliyindən və hər iki ölkənin əlaqələrinin möhkəm dostluq telləri ilə bağlandığından söhbət açıblar. Sonra Azərbaycan və gürcü musiqiləri və müğənniləri müxtəlif mahnılar səsləndiriblər.

 

Tədbirdə Azərbaycandan gələn qonaqlar və Gürcüstanın soydaşlarımız yaşayan bölgələrindən, eyni zamanda Tiflisdə yaşayan gürcülər və azərbaycanlılar iştirak ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950
avatar

Oxşar yazılar