İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanda sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.