
Temperatur bir qədər də yüksələcək
Ölkə ərazisində iyunun 18-də gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı, 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Rayonlarda da sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Sabah çimərlikdə hava belə olacaq - PROQNOZ
25 avqust 2025 , 18:49
Avqustun son həftəsi yalnız bu BÜRCLƏRƏ xoşbəxtlik və çoxlu pul gətirəcək
25 avqust 2025 , 18:34
Bakıda bu suların emal müəssisəsi BAĞLANDI: belə hazırlanırmış...
25 avqust 2025 , 17:22
Küləklə bağlı XƏBƏRDARLIQ
25 avqust 2025 , 17:15
Saytdan məhsul alır, evə çatanda xarab çıxır: Onlayn alış-verişdə dələduzluq
25 avqust 2025 , 15:26
“Qorxmuram” deyən dənizçi zırramadır - KEÇMİŞ GƏMİ KAPİTANI
25 avqust 2025 , 14:57
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə
25 avqust 2025 , 14:14