
Keçmiş icra başçısı ilə vida mərasimi keçirildi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Təvəkgül Məmmədov dünən dünyasını dəyişib.
Bu barədə Lent.az-a məlumat verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, bu gün tanınmış ictimai və dövlət xadimi, uzun illər Sumqayıt şəhərində məsul vəzifələrdə çalışmış, Sumqayıtın inkişafında xüsusi xidmətləri olmuş Təvəkgül Məmmədovla vida mərasimi keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar , ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak ediblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vida mərasimində çıxış edərək mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Vida mərasimində Təvəkgül Məmmədovun yüksək insani keyfiyyətlərindən, şəhərin inkişafında göstərdiyi xidmətlərdən danışılıb. Vurğulanıb ki, mərhumun əziz xatirəsi onu tanıyanların, qohumlarının, dostlarının və şəhər ictimaiyyətinin qəlbində əbədi yaşayacaqdır.
Qeyd olunub ki, Təvəkgül Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib.
1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edən T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti, 2000-2003-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib. 2003-2015-cı illərdə isə Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin rəisi kimi səmərəli fəaliyyət göstərib.
Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. “Şərəf Nişanı”, “Xalqlar Dosluğu” və “Şöhrət” ordenləri ilə təltif olunub. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub.
Allah rəhmət eləsin!
Oxşar yazılar

Azərbaycana qar yağır - FAKTİKİ HAVA
4 iyun 2025 , 11:03
Baba və nənə nəvələrinə aliment ödəyə bilər? - CAVAB
4 iyun 2025 , 10:56
Azərbaycanda 4 nəfər zəhərlənmədən öldü
4 iyun 2025 , 10:06
Pul, karyera və... Çətinliklərdən sonra çox şeyə nail olacaq BÜRCLƏR
4 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyun 2025 , 08:16
Peşə təhsilli mütəxəssis, yoxsa diplomlu işsiz? - Peşə və Ali təhsil qarşıdurması - VİDEO
4 iyun 2025 , 05:59
Nazirlikdən Qurban bayramı ilə bağlı çağırış - VİDEO
4 iyun 2025 , 03:03