Sumqayıtda “Almaniya malı” istehsal edirmişlər
14 dekabr 2012 12:51 (UTC +04:00)

Sumqayıtda “Almaniya malı” istehsal edirmişlər

 

 



“Kismət” MMC-də üz və astar gipslərinin, seramik yapışdırıcıların satışı dayandırıldı, “Əziz-Boya” MMC-də boya məhsullarının istehsalı qadağan edildi

Bu gün Standartlaşdırma, Metrologiyam və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi inşaat materialları müəssisələrində reyd keçirib.

Lent.az-ın verdiyi məlumata görə, Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən, “Seraks” əmtəə nişanı ilə işaatda istifadə edilən üz və astar gipsləri, seramik yapışdırıcılar istehsal edən “Kismət” MMC-də ciddi nöqsanlar aşkarlanıb.
Məhsullar markalanarkən Azərbaycan dilindən istifadə qaydaları pozulub, rus və türk dilindən istifadə edilib. Bu da üzərində istehsal tarixi göstərilməyən məhsulların Rusiya və Türkiyədə istehsal edildiyi barədə insanlarda yanlış təəssürat yaradır.

 

 

 

Eyni zamanda seramik yapışdırıcıların çəkisi 25 kiloqram göstərilsə də, kisələr çəkilən zaman 23,8 kiloqramdan çox olmayıb. Üz və astar gips kisələrinin isə markalanma qaydaları pozulub. Müəssisədə məhsulların kustar laboratoriyada yoxlanıldığı, akkreditasiyadan keçmiş laboratoriya ilə müqavilə bağlanmadığı da məlum olub. Üstəlik, məhsul istehsalı zamanı “Ayser” nişanından da istifadə edilib ki, belə bir əmtəə nişanı ilə məhsul buraxmaq barədə müəssisənin icazəsi yoxdur.

 

Sumqayıt Ərazi İdarəsinin aparıcı məsləhətçisi Aftandil Muradxanov deyib ki, müəssisədə satış dayandırılıb, inzibati xəta haqqında protokol tərtib olunub. Məhsul nümunələri yoxlanılmaq üçün laboratoriyaya göndərilib. Onun sözlərinə görə, məhsulların keyfiyyətsiz olduğu təsdiqini taparsa, müəssisədə istehsal qadağan olunacaq.

Müəssisədə sex rəisi Pərviz Hüseynov məhsulların çəkisinin az olduğunu təsdiqləyib, nöqsanların arada qaldırılacağını vəd edib.


Növbəti reyd Sumqayıt şəhərindəki “Əziz-Boya” MMC-də keçirilib. Məlum olub ki, müəssisədə kustar üsulla boya, lak istehsal edilir. Mənşəyi məlum olmayan xammal məhsulları mikser vasitəsi ilə qarışdırılır, sonra da adi corabdan boya qablarına süzülür. Həm də kustar üsulla hazırlanan məhsullar üzərində Almaniya bayrağı olan “Delta Plan”, “Weqa” və “Hawelux” nişanlı qablara doldurulur ki, bu da insanlarda bu məhsulların Almaniyada istehsal edildiyi barədə təəssürat yaradır.
 

Sumqayıt Ərazi İdarəsinin dövlət müfəttişi Vüqar Zeynalov müəssisədə istehsalın dayandırıldığını, inzibati xəta haqqında protokol tərtib edildiyini və cərimə tətbiq olunduğunu söyləyib

# 2484
avatar

Oxşar yazılar