Bəzi müəllimlər sınaq qiymətləndirilmədə iştirak etməyib
14 iyun 2014 13:43 (UTC +04:00)

Bəzi müəllimlər sınaq qiymətləndirilmədə iştirak etməyib

4 gün davam edən Sınaq Qiymətləndirilməsi başa çatıb. Bu barədə Lent.az-a Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. 30 mərkəzdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümumi kontingentin 95%-dən çoxu) iştirak edib.

Hazırda cavab kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini BŞTİ-nin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Sınaq Qiymətləndirmədə istifadə edilmiş suallar və düzgün cavabların da idarənin saytında və Facebook səhifəsində yerləşdirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1634

Oxşar yazılar