Şeyxülislam Gürcüstanda
03 yanvar 2013 18:47 (UTC +04:00)

Şeyxülislam Gürcüstanda

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Gürcüstana səfər edib.

 

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Şeyxülislam Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşüb.

 

 

 

Görüşdə Gürcüstanın patriarxı, katolikos II İlya və parlament sədri David Usupaşvili, Azərbaycan tərəfdən isə Milli Məclis üzvləri Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev və digər şəxslər iştirak ediblər.

 

 

Görüşdə çıxış edən B. İvanişvili Bakıya səfərini yüksək qiymətləndirərək qeyd edib ki, Gürcüstanın Azərbaycanla heç bir problemi ola bilməz: “Biz prezident İlham Əliyevlə bütün məsələlər haqqında ətraflı söhbət etdik. Bizim problemli məsələlərimiz qalmayıb”.

 

 

Sonra görüşdə çıxış edən A. Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını B. İvanişviliyə çatdırıb, prezidentin Gürcüstan patriarxı və katolikosu II İlyanın 80 illik yubileyinə təbrikini çatdırıb. Sonra Azərbaycan və Gürcüstan arasında ikitərəfli əməkdaşlıq, dini görüşlərin daha da inkişafı haqqında söhbətlər aparılıb.

 

 

B. İvanişvili jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstanın problemlərinin oxşar olduğunu qeyd edib: “Biz elə etməliyik ki, ölkələrimiz çiçəklənsin, qardaşcasına yaşayaq”.

 

 

O, Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini bildirib: “Bizim dostluğumuz digər ölkələrə nümunə olmalıdır. Mən bunu əminliklə deyə bilərəm ki, hər iki ölkənin maraqları eynidir və biz heç vaxt imkan vermərik ki, bir ölkənin marağı üçün digər ölkəyə ziyan dəysin. Biz Azərbaycan prezidenti ilə belə razılığa gəlmişik. Biz çox dostcasına ayrıldıq. Gələcəkdə iki ölkə arasında dostluq və qardaşlığımız daha da inkişaf edəcək”.

 

 

Qeyd edək ki, A. Paşazadənin səfər zamanı Gürcüstanda yaşayan soydaşlarımızla görüşəcək, II İlyanın 80 illik yubileyi şərəfinə təşkil ediləcək konsertdə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar